İdman

Roman Qriqorçuk: “Skamiyadan gördük ki, ofsayt yoxdu”

Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Qəbələ” səfərdə “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib.

 

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra qonaqların baş məşqçisi Roman Qriqorçuk oyunla bağlı fikirlərini bildirib.


– Hellideyin epizodunda oyundankənar vəziyyət var idi?
– Hellideyin fərqləndiyi epizodda əmin idim ki, oyundankənar vəziyyət yox idi. Biz oturduğumuz yerdən elə görünürdü.

 

– Cavid Hüseynovun zədəsi nə yerdədi?
– Ondan soruşdum. Qorxdu ki, nəsə ciddi bir şey ola bilər. Ona görə də vaxtında əvəzlədim. 

 

– “Sumqayıt”la oyundan sonra da hakimləri tənqid etmişdiniz. Düşünmürsünüz ki, Fariz Nəcəfovun AFFA rəhbərliyini tənqidi əks təsir edir?
– Burda olduğum müddətdə həmişə deyəcəm, heç kimdən qorxmuram.  Demirəm ki, hakimlər istəyərk edir. Amma əvvəlki illərdə səhvlər görmüşük deyə danışmalıyıq.

 

– Bugünkü hakimliyi necə dəyərləndirirsiniz?
– Skamyada ofsayt olmadığını görürük, amma hakimlər rahat yerdən epizodu görmür. 

 

– İlk yarıda Dabodan narazı idiniz. Sizcə, soyuq başla düşündükdə ona qarşı haqsızlıq etdiyinizi düşünmürsünüz?
– İlk yarıdan soyuqqanlı idim. Kiməsə etiraz edirəmsə, bu mənim haqqımdı. 

 

– Deyəsən hələ də yaş limitinə uyğun gələn oyunçunu tapa bilməmisiniz. Hər dəfə fərqli futbolçuları buraxırsınız… 
– Əlimizin altında 5-6 gənc oyunçu var, onlara inanırıq. Hazırda istəyimizə Qismət Alıyev cavab verir, amma digərlərinə inanırıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43