Futbol üzrə Azərbaycan Premyer Liqasının 6-cı turunun son oyunu çərçivəsində “Qəbələ” evdə “Neftçi”ni qəbul edib.
İdmanxeber.com-un məlumatına görə, Qəbələ şəhər stadionunda baş tutan matçda ev sahibləri qələbə qazanaraq aktivinə 13-cü xalı yazdırıb və 3-cü pillədəki yerini möhkəmləndirib.. 1 xalla sonuncu sıranı “Kəpəz”lə bölüşən “Neftçi” isə yenə meydanı başıaşşağı tərk edib.
Azərbaycan Premyer Liqası
VI tur
24 sentyabr (bazar)
18:00. “Qəbələ” – “Neftçi” 2:1
Qollar: Monroz, 4 (1:0), Dabo, 40 (2:0), Namiq Ələsgərov, 48 (2:1)
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ömər Paşayev
Qəbələ şəhər stadionu

