Dortmund “Borussiya”sı “Real”ın futbolçusu Aşraf Hakimini heyətinə qatıb.
İdmanxeber.com-un məlumatına görə. 19 yaşlı müdafiəçi qarşıdakı iki ildə Almaniya klubunun uğurları üçün çalışacaq.
Gənc oyunçunun icarəyə götürülməsini Dortmund klubunun rəsmi saytı xəbər verib.
Qeyd edək ki, mərakeşli futbolçu ötən mövsüm “Real”ın heyətində La Liqada 9 oyuna çıxıb və 2 qol vurub.