10 İyul 2026
İdman

“Qarabağ”ın Çempionlar Liqasındakı gözəl göstəricisi

UEFA Çempionlar Liqasında uğurlu qrafik cızan “Qarabağ” göstəriciləri ilə də, göz oxşayır.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu Sloveniya “Olimpiya”sını (0:1, 0:0) və Albaniya “Kukesi”sini (0:0, 3:0) mübarizədən kənarlaşdırmağı bacardı.

Qurban Qurbanovun yetirmələri ÇL-də qapısından qol buraxmayan iki komandadan biridir. Belə ki, Serbiyanın “Srvena Zvezda” klubu da, keçirdiyi 4 oyunun heç birində qapısından qol buraxmayıb.

“Köhlən atlat”ın qolkiperi Vaqner da Silva Azərbaycan futbolunda avrokubok matçlarında ardıcıl 4 oyun qapısından qol buraxmayıb. Bu Azərbaycan klub tarixində rekord göstəricidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43