“Keşlə” heyətini serbiyalı futbolçu ilə gücləndirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, serbiyalı yarımmüdafiəçi Nikola Mitroviç hazırda paytaxt təmsilçisinin düşərgəsindədir. 31 yaşlı futbolçu ilə bağlı yaxın günlərdə qərar veriləcək.
Qeyd edək ki, təcrübəli futbolçu son olaraq Polşanın “Visla” klubunda çıxış edib.