“Mançester Yunayted” qışda ciddi dəyişikliklərə hazırlaşır. Bu barədə “The Telegraph” yazıb.
Bildirilir ki, “qırmızı şeytanıar” müdafiə xəttini yeniləmək fikrindədi. Premyer Liqa təmsilçisi Erik Bayi və Markus Roxonu satacaq. Əldə edilmiş məbləğ yeni müdafiəçilərin alınmasına sərf ediləcək. Əsas namizədlər isə Tobi Alderveyld və Milan Şkrinyardı.
Digər bir məlumata görə, Aleksis Sançesin yanvarda komandanı tərk etməyəcəyi dəqiqdi. Bundan başqa, klub Xuan Mata və Ander Errera ilə müqavilələri artırmaq niyyətindədi. Hər iki futbolçunun sözləşməsi yayda bitəcək. Müqaviləsi başa çatacaq Eşli Yanqla isə artıq danışılqar yekunlaşmaq üzrədi.