“Ştutqart”ın futbolçusu Benjamin Pavar karyerasını “Bavariya”da davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Fransa millisinin heyətində dünya çempionu adını qazanan futbolçunun Münhen klubu ilə müqaviləsi 5 ildən sonra 5 iyun tarixində yekunlaşacaq.