UEFA “Arsenal” azarkeşlərinin futbolçu Henrik Mxitaryanın vəziyyətinə görə hər hansı etiraz nümayişi edə biləcəyini nəzərə alaraq London klubuna xəbərdarlıq edib.
İdmanxeber.az-ın məlumatına görə, qurum “topçular”ı Avroliqanın finalında azarkeşlərini etiraz aksiyalarından çəkindirməyə çağırıb.
Xatırladaq ki, “Arsenal” və “Çelsi” arasında keçiriləcək final görüşü mayın 29-u Bakı Olimpiya Stadionunda keçiriləcək.