“Qalatasaray” növbəti transferini reallaşdırıb.
İdmanxeber.az-ın məlumatına görə, “cim-bom” “Fulhem”in futbolçusu Jan Mişel Serini icarəyə götürüb. 27 yaşlı yarımmüdafiəçi 2019/2020 mövsümündə icarə əsasında İstanbul təmsilçisində oynayacaq.
Qeyd edək ki, “Qalatasaray” növbəti mövsümün sonu 18 milyon avro verərək Serini birdəfəlik ala bilər.