Xəbər verdiyimiz kimi, İspaniyanın bir neçə klubu “Qarabağ”ın futbolçusu Mahir Emrelini transfer etmək istəyir.
İdmanxeber.az “AS” nəşrinə istinadən xəbər verir ki, həmin komandaların adına aydınlıq gəlib. Ağdam klubunun gənc hücumçusu İspaniya 2-ci liqa təmsilçiləri – “Malaqa” və “Estremadura” klublarının maraq dairəsinə düşüb. Hətta “Estremadura” 22 yaşlı hücumçu üçün Ağdam klubuna rəsmi təklif də göndərib.
Qeyd edək ki, Emreli 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında 16 qolla bombardir olub.