Ötən mövsümün sonunda “Keşlə” ilə yollarını ayıran Fuad Bayramov karyerasını Gürcüstanda davam etdirəcək
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, azərbaycanlı futbolçu Gürcüstanın “Rüstavi” klubu ilə razılığa gəlib. 25 yaşlı oyunçu yeni klubu ilə bir illik müqavilə imzalayıb. Anlaşmanın yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
Fuad Bayramov “Keşlə”nin yetirməsidir. O, ötən mövsüm komandanın heyətində yer alsa da, zədə səbəbindən uzun müddət meydanlardan uzaq qalmışdı. Futbolçu daha sonra zədəsinin bərpa etsə də, baş məşqçi Tərlan Əhmədov ona heyətdə yer verməmişdi.
“Rüstavi” komandası hazırda Gürcüstan çempionatında keçirdiyi 24 oyundan sonra 28 xalla 7-ci pillədədir.