Azərbaycan Premyer Liasında II tur başa çatıb.
İdmanxeber.az-ın məlumatına görə, oyunlar başa çatan kimi II turun stadiondan izləmiş azarkeş sayı da bəlli olub.
Beləliklə, II turu cəmi 5100 tamaşaçı stadiondan izləyib. Turun ən yaxşı göstəricisi Masazırda keçirilən “Sabah” – “Keşlə” oyununda qeydə alınıb – 1500 tamaşaçı.
Turun son oyunu olan “Zirə” – “Neftçi” matçı isə ən az azarkeşin stadiondan izlədiyi oyun olub.
Ümumilikdə sıralama aşağıdakı kimidi
“Sabah” – “Keşlə”: 1500 tamaşaçı
“Sumqayıt” – “Səbail”: 1300 tamaşaçı
“Qarabağ” – “Qəbələ”: 1300 tamaşaçı
“Zirə” – “Neftçi”: 1000 tamaşaçı