“Neftçi” Premyer Liqanın IV turunun “Qarabağ”la çətin səfər görüşündə əsas azarkeş qrupu “Forza Neftçi”nin dəstəyindən məhrum olacaq.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubunun azarkeş qrupu “ağ-qaralar”ın oyunları ilə bağlı verdiyi boykot qərarını davam etdirir. Artıq “Forza Neftçi” bununla bağlı qərarını sosial şəbəkə vasitəsi ilə açıqlayıb.
Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:30-da başlayacaq.