Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Sevilya” Bakıda dəstəksiz qalmayacaq.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun İdmanxeber.az-a verdiyi məlumata görə, İspaniya təmsilçisinin azarkeşləri üçün 3 və 4-cü sektorlar ayrılıb. Klub rəsmisi İspaniyadan nə qədər azarkeşin gələcəyi ilə bağlı məlumatın yaxın günlərdə tam dəqiqləşəcəyini bildirib.
Bizdə olan məlumata görə, “Sevilya”nı Bakıda 1000-ə yaxın azarkeş dəstəkləyəcək.
Qeyd edək ki sentyabrın 19-da keçiriləcək matç saat 20:55-də başlayacaq.