22 Dekabr 2024
Kateqoriyasız

Kamran Quliyevin polisə verdiyi İT mütəxəssisi: “Neftçi”ni məhkəməyə verəcəm

“Neftçi”nin prezidenti Kamran Quliyev klubun keçmiş İT mütəxəssisi Kamran Abdullayev barədə Bakı şəhər Baş Polis idarəsinə şikayət ərizəsi ilə müraciət edib. Klub Abdullayevi işdən ayrılandan sonra “Neftçi”nin veb-səhifəsinin login və parolunu geri verməməkdə, əlavə pul istəməkdə günahlandırır. Amma…

Kamran Abdullayev bunların yalan olduğunu bildirib. İT mütəxəssisi klub rəhbərliyinə qarşı məhkəmə iddiası da qaldırmaq fikrindədi: “Əslində, yalan məlumat yayıblar. İki il əvvəl işdən özüm çıxmışam, ştatda deyildim, müqavilə ilə əməkdaşlıq edirdik. Verdikləri maaş qane etmədi, mən də başqa iş tapıb çıxdım. Çıxanda login-parolu təhvil vermişəm. Əlimdə bunu sübut edəcək faktım da var. Sadəcə, onlar login-parolu itiriblər. Ondan sonra mənə bir neçə dəfə müraciət etdilər. Mən də demişəm ki, istəsəz, bərpa etməyə çalışaram, bu mənim işimdi. Login-parolun bərpasının əlavə xidmət olduğunu deyib, normal haqqımı istəmişəm. Onlara heç vaxt deməmişəm ki, mənə pul verməlisiz-filan. Login-parolu itiriblərsə, mənim problemim deyil. Söhbət belə olub. Ancaq onlar yalan məlumat yayıblar”.

Saytlarda da görmüşəm bunu, yalan məlumat yaydıqları üçün mən də məhkəməyə müraciət edə bilərəm. “Neftçi”nin şikayəti ilə bağlı polisdən mənə zəng olub, idarəyə getməmişəm. Bu barədə danışmamaq haqqım var, açıqlama vermək istəmirəm. Təbii ki, “Neftçi” rəhbərliyi etdiyi səhvi başa düşüb şikayəti geri götürməsə, mən də əks-iddia qaldırıb, onları məhkəməyə verəcəm. Çünki login və parolu onlara təhvil verdiyimi sübut edən faktım var”. sportinfo.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43