28 Dekabr 2024
Dünya futbolu

“Qalatasaray” “Tottenhem”in iki üzvünə “elçi” düşdü

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim komandanın iki cinah müdafiəçisi – Naqatomo və Marianonun çıxışından narazıdı.

İdmanxeber.az-ın məlumatına görə, artıq bir neçə müddətdir ki, yaxşı performans ortaya qoya bilməyən futbolçuların mövsümün sonunda göndəriləcəyi bildirilir.

“Cim-Bom” yeni cinah futbolçularını da tapıb. Həm İngiltərədə, həm də avrokuboklarda işləri heç də yolunda getməyən “Tottenhem” 5 futbolçusu ilə yollarını ayırmağı planlaşdırır. Bu futbolçular arasında cinah müdafiəçiləri – Aurier və Dani Rose də var. “Qalatasaray” Mariano və Naqatomonun satışından əldə olunacaq vəsaitlə sözügedən futbolçulardan azı birini heyətinə qatmağı düşünür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43