Cənubi Azərbaycanın “Traktor” klubunun prezidenti Qulamreza Sadeqian istefa verib.
İdmanxeber.az-ın məlumatına görə, komandanın uğursuz çıxışlarından sonra klub başçısı postundan getmək qərarına gəlib.
Sadeqian istefası ilə bağlı bunları deyib: “Futboldankənar bəzi insanlar “Traktor”un uğurlarını istəmirlər. Onlar Təbriz komandasının önünü kəsərək, oyunların nəticələrinə təsir göstəriblər”.
Qeyd edək ki, “Traktor” bir neçə gün bundan öncə baş məşqçisi Mustafa Dənizli ilə də yollarını ayırmışdı.