Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start verilib.
İlk gündə iki görüş keçirilib. Açılış matçında “Sabah” “Qəbələ”ni qəbul edib. Matç meydan shaiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb.
Günün digər oyunu isə “Keşlə” ilə “Səbail” arasında baş tutub. Medallara iddialı “Keşlə” öz meydanında buna qədər autsayder olan uduzub – 0:1.
Turun daha iki görüşü sabah keçiriləcək.
Azərbaycan Premyer Liqası
XVI tur
7 fevral (cümə)
19:00.“Sabah” – “Qəbələ” – 3:2
Qollar: Marko Deviç, 19, Mario Marina, 22, Ozan Can Kökçü, 64 – Ülvi İsgəndərov, 5, Nikolas Raysel, 90+1
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Vüqar Həsənli
“Bank Respublika Arena”
21:00.“Keşlə” –“ Səbail” – 0:1
Qol: Hendrik Ekşteyn, 51 (pen.)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Nicat İsmayıllı
“ASK Arena”