Futbol üzrə Almaniya Bundesliqasında 2021/2022-ci il mövsümünün qalibi müəyyənləşib.
İdmanxeber.az xəbər verir ki, “Bavariya” – “Borussiya” ilə oyunda 3:1 hesablı qələbə qazaaraə xallarını 75-ə yüksəldib və sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib. Yulian Naqelsmannın komandası ən yaxın izləyicisini 12 xal üstələyir.
Bu, “Bavariya”nın ardıcıl 10-cu, ümumilikdə isə 32-ci Almaniya çempionluğudur.