Ötən ilin sentyabrında zədələnən “Zirə”nin futbolçusu Filipe Paxtman sıraya dönüb.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı hücumçu açıqlamasında zədələndiyi vaxtdan Premyer Liqaya qayıtmaq üçün mübarizə apardığını bildirib:
“Zədəmi tam sağaltmışam və artıq komanda yoldaşlarımla məşq edirəm. Düşünürəm ki, 2-3 həftədən sonra yenidən heyətə düşə bilərəm”.