Kateqoriyasız

“Sabah”ın baş məşqçisi Rusiyadan özünə analitik gətirdi

“Sabah” yeni analitiklə anlaşıb. 

Bu haqda klubun saytı məlumat yayıb. Rusiyalı mütəxəssis Nikita Vasyuxinlə 1 illik müqavilə bağlanıb.

Vasyuxin karyerası ərzində Rusiyanın “Zenit” (2017-2021), “Rubin” (2021) və “Akron” (2022) klublarında analitika departamentinin rəhbəri vəzifəsində çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43