“Qarabağ”ın prezidenti Tahir Gözəl komandanın baş məşqçisi Qurban Qurbanova məxsus “My Class” Fitness & Spa mərkəzi”ndə olub.
İdmanxeber.az xəbər verir ki, klub rəhbəri, mərkəzlə tanış olduqdan sonra jurnalistlərə açıqlama verib:
“Qurban Qurbanovu təbrik edirəm, çox gözəl yer düzəldiblər. Qurban müəllimin bütün həyatı idman və sağlamlıqla keçib. Çox sevinirəm ki, “Qarabağ”dan qazandıqları pullarla ölkəmizdə, vətənimizdə ciddi şəkildə yatırım edirlər. Buranı çox bəyəndim. Bakıda idman salonu, sauna və hamamı olan məkan görə bilərsiz. Amma hamısının birlikdə olduğu kompleks məkanlar çox nadirdir. Bura xeyli zəhmət qoyulub. Mən inşaatla məşğul olduğuma görə bunu yaxşı başa düşürəm. Ən önəmlisi odur ki, burada gözəl infrastruktur var. Havalandırma, isitmə sistemi, suyun təmizliyi əladır.
Bura beynəlxalq standartlara uyğun şəkildə hazırlanıb. Bu gün hamımız böyük stresslərə düçar oluruq. Bu, bir həqiqətdir ki, insan sağlamlığına qiymət verməlidir. Hesab edirəm ki, bu cür yerlər insanlara yeni bir kültür, anlayış gətirir. Fəxr edirəm ki, “Qarabağ” bir ailədir. Qurban müəllimə “xeyirli olsun” deyirəm. Çox sevindim ki, buranı görmək mənə də qismət oldu”.