“Qarabağ”ın futbolçusu Kevin Medina Türkiyədən təklif alıb.
İdmanxeber.az-ın məlumatına görə, bunu bu gün jurnalistlərlə görüşündə “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov açıqlayıb. Lakin futbolçu seçimini “Qarabağ”dan yana edib və Ağdam klubunda qalmaq istəyib. Buna görə də, onua təklif olunan yeni müqaviləyə “hə” deyib.
Kevin Medina 2020-ci ildən “Qarabağ”ın formasını geyinir. Onunla yaxınlarda 2025-ci ilədək nəzərdə tutulan yeni müqavilə imzalanıb.