25 Noyabr 2024
Kateqoriyasız

“Neftçi”də gözlənilən iclas: Büdcə və yeni baş məşqçi bu tarixdə bilinəcək

“Neftçi”nin Müşahidə Şurasının iclası iyunun 8-nə təyin olunub.

İdmanxeber.az xəbər verir ki, klubun inzibati binasında təşkil olunacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Hesabatların dinlənilməsi.
2. A komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.
3. B komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.
4. Növbəti mövsümün büdcəsi.
5. Digər məsələlər.

Müşahidə Şurasının iclasının başlanma saatı haqqında məlumat verilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43