22 Noyabr 2024
Kateqoriyasız

“Qarabağ”ın futbolçusu Türkiyə klubundan göndərildi

Türkiyənin “Ankaragücü” klubu “Qarabağ”ın futbolçusu Ovusu Kvabena ilə vidalaşıb.

İdmanxeber.az paytaxt təmsilçisinin saytına istinadən xəbər verir ki, Türkiyə Super Liqasına vəsiqə qazanan klub 25 yaşlı hücumçu ilə yanaşı, daha 10 oyunçu ilə yola davam etməməyi qərara alıb.

Ötən mövsüm icarə əsasında “Ankaragücü”nün formasını geyinmiş Kvabenanın “Qarabağ”la 2023-cü ilin yayınadək müqaviləsi var.

O, Türkiyə 1-ci liqasında meydana çıxdığı 21 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43