Azərbaycanın mini-futbol komandası Avropa çempionatında II turun oyununu keçirib.
İdmanxeber.az xəbər verir ki, B qrupunda yer alan Elşad Quliyevin yetirmələri İspaniya yığmasını darmadağın edib – 5:1. Komandamızın qollarını Mirmehti Rzayev, Vüsal İsayev, Rəvan Kərimov, Asif Zeynalov və Seymur Məmmədov vurub.
Milli bundan əvvəl Rumıniyaya uduzub – 0:2. İspaniya Albaniya ilə heç-heçə edib (0:0).
Azərbaycan yığması qrupdakı son matçını iyunun 7-də Albaniyaya qarşı keçirəcək.