22 Noyabr 2024
Milli komanda

“Komandanın oyunundan çox razı qaldım” – De Byazi

UEFA Millətlər Liqasının qrup mərhələsinin II turunda Serbiyada “Belarus”la qolsuz heç-heçə edən Azərbacan millisinin baş məşqçisi  Canni De Byazinin matç barədə fikirlərini bildirib.

İdmanxeber.az xəbər verir ki, italyan mütəxəssis oyunsonrası mətbuat konfransında bunları deyib:

“Oyuna pozitiv şəkildə başladıq. Ötən oyunda olduğu kimi, rəqib qapısına 15 zərbə vurduq. Təəssüf ki, qol vurmursansa, qələbə qazana bilmirsən. Oyunu bir nəfər azlıqda tamamlamağımızı nəzərə alsaq, nəticəni baxımından razı ola bilərik. Amma buraya qələbə qazanmaq üçün gəlmişdik.

Komandanın oyunundan çox razı qaldım. Hiss edirəm ki, günü-gündən irəliləyiş var. Artıq topla daha rahat oynayırıq, topu hara gəldi vurmuruq, qol imkanları yaradırıq. İlk hissədə 3-4 qol imkanımız oldu, istifadə edə bilmədik. Son vuruşlarda çatışmazlıqlar var. Komanda kimi inkişaf edirik.

Bizi qrupun ən güclü komandasına qarşı (Slovakiyanı nəzərdə tutur – red.) ağır oyun gözləyir. Əminəm ki, meydana kim çıxacaqsa, yaxşı nəticə qazanmaq üçün sona qədər mübarizə aparacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43