Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov Voleybol Mərkəzi ilə tanış olub.
İdmanxeber.az xəbər verir ki, dünən keçirilən görüşdə nazir müavini Mariana Vasileva, nazirliyin sektor müdiri Elmir Mehdiyev, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov, AVF-nin vitse prezidenti Faiq Qarayev və baş katibi Fərid Xəlilov iştirak edib.
Qayıbova idman qurğusu haqda məlumat verilib və istənilən yarışların keçirilməsinin mümkünlüyündən söhbət açılıb.