“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Anatoli Nuriyev bundan sonra komandanın uğurları üçün çalışacaq. 26 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 3 ildir.
Nuriyev karyerası ərzində Ukraynanın “Stal” (2018), “Minay” (2018-2021), “Kolos” (2021-2022) klublarında çıxış edib. Futbolçunun son komandası “Sumqayıt” olub.
Anatoli “Sabah”da 9 nömrəli formada çıxış edəcək.