2023-cü ildə “Formula 1” üzrə dünya çempionatının mərhələlərindən biri Cənubi Afrikada Respublikasında (CAR) keçirilə bilər.
İdmanxeber.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Yarış rəhbərliyi təqvimə Cənubi Afrika qran-prisini əlavə etməyi düşünür. Formula 1-in prezidenti Stefano Domenikalinin bu məqsədlə növbəti həftə CAR-a səfəri nəzərdə tutulub.
Afrika qitəsində sonuncu dəfə bu yarış 1993-cü ildə keçirilib.