“Zirə” heyətini iki futbolçu ilə gücləndirib.
İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Slavik Alxasov və Mirsayib Abbasovla anlaşıb.
Alxasovla 2, Mirsayiblə 1 illik müqavilə imzalanıb.
Mirsayib Abbasov 2018-2019-cu illərdə “Zirə”də forma geyinib. Sonradan isə o, “Səbail”ə yollanmışdı.