“Qarabağ” klubunun futbolçusu Ovusu Kvabena karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Sakaryaspor” 25 yaşlı hücumçu üçün “köhlən atlar”a təklif göndərib.
Cavabın bu həftə ərzində veriləcəyi gözlənilir. 1-ci liqaya vəsiqə qazanan komanda qanalı forvardı icarə əsasında və ya birdəfəlik heyətinə qatmaqda maraqlıdır.
Ötən mövsüm icarə əsasında “Ankaragücü”nün formasını geyinmiş Ovusunun “Qarabağ”la 2023-cü ilin yayınadək müqaviləsi var.