“Neftçi” futbolçular – Xəyal Nəcəfov və Turan Vəlizadə ilə müqaviləni 1 il müddətinə – 2023/2024 mövsümünün sonunadək artırıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, hər iki yarımmüdafiəçi 2022/2023 mövsümünün sonunadək “Turan Tovuz” klubuna icarəyə verilib.
2021-ci ilin yayında transfer olunmuş Nəcəfov 26 oyunda forma geyinib. Son iki mövsümü icarə əsasında “Şamaxı”da keçirmiş Vəlizadə isə 2018-2020-ci illər ərzində “Neftçi”nin əsas komandasının heyətində 2 rəsmi oyunda meydana çıxıb.