25 Dekabr 2024
Kateqoriyasız

Çempionlar Liqasında II təsnifat mərhələsinin cütləri

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” bu raundda İsveçrə “Sürix”i ilə qarşılaşacaq.

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su isə Şimali Makedoniyanın “Şkupi” klubu ilə üz-üzə gələcək.

İlk oyunlar 19-20 iyulda, cavab görüşləri 26-27 iyulda olacaq.

Çempionlar Liqası
II təsnifat mərhələsinin cütləri

Çempionlar Yolu

“Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya)
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Şkupi” (Şimali Makedoniya)
“Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə)
HİK (Finlandiya) – “Viktoriya” (Plzen, Çexiya)
“Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç)
“Jalgiris” (Litva) – “Malmö” (İsveç)
“Lüdoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya)
“Maribor” (Sloveniya) – “Şerif” (Moldova)
“Makkabi” (Hayfa, İsrail) – “Olimpiakos” (Yunanıstan)
“Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq)

Liqa Yolu
“Midtüllann” (Danimarka) – AEK (Larnaka, Kipr)
“Dynamo” (Kiyev, Ukrayna) – “Fənərbağça” (Türkiyə)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43