Çempionlar Liqasının II təsnifat mərhələsi ilk oyunlarının azarkeş sayı açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, 12 oyunda ümumilikdə 141 min 873 tamaşaçı olub. Ən çox tərəfdar Bakıdakı matça qeydə alınıb. Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ”ın “Sürix”i 3:2 hesabı ilə məğlub etdiyi görüşü 30 min 782 fanat izləyib.
29 min 654 tamaşaçının izlədiyi “Olimpiakos” – “Makkabi” ikinci, 20 min 459 tərədarın baxdığı “Ferensvaroş” – “Slovan” görüşü isə siyahıda üçüncü olub.
Digər qarşılaşmalardan isə yalnız “Dinamo” (Kiyev, Ukrayna) – “Fənərbaxça” (Türkiyə) oyununda 10 mindən çox (11 min 603) azarkeş olub.
Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları iyulun 26-27-də keçiriləcək.