Bu gün Azərbaycan Premyer Liqasında IV tura start verilib.
İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Əvvəlcə “Sumqayıt” “Turan Tovuz”u qəbul edib. Görüş qolsuz bəbarəkliklə sona çatıb.
Günün ikici oyunu “Bakcell Arena”da keçirilib. “Neftçi” doğma meydanda “Zirə”ni məğlub edib – 2:1.
Tura avqustun 27-i və 28-i keçiriləcək matçlarla yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
IV tur
26 avqust (cümə)
18:00. “Sumqayıt” – “Turan Tovuz” 0:0
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Əli Əliyev
“Kapital Bank Arena”
20:30. “Neftçi” – “Zirə” 2:1
Qol: Qodsvey Donyo, 14 (1:0), Hamidu Keyta, 54-pen (1:1), Azər Əliyev, 78 (2:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Bakcell Arena”

