01 İyul 2026
Kateqoriyasız

Yaşar Vahabzadə: “Öz səhvlərimizdən qapımızda qol gördük”

“Kəpəz” Azərbaycan Premyer Liqasının IV turunun oyununda səfərdə “Səbail”ə 1:4 hesabı ilə məğlub olub.

İdmanxeber.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Yaşar Vahabzadə matçdan sonra “CBC Sport” kanalına açıqlama verib:

“Oyuna yaxşı başladıq, qol vurduq. Fərqli hissələr gördük. Öz səhvlərimizdən qapımızda qol gördük. İlk qırmızı vərəqə də öz sözünü dedi. Oyunu uduzduq.

Futbolçular əllərindən gələni etdilər. Sadəcə, nəsə çatmır. 4-cü hakimlə kiçik mübahisə oldu. Bizim oyunçu topu vurur, hakim kimlərsə söhbət edir. Nə bilim. Futbolda belə şeylər olur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43