01 İyul 2026
Kateqoriyasız

Mahmud Qurbanov: “Rauf artıq-əskik danışmaq istəyirdi”

“Səbail” Azərbaycan Premyer Liqasının IV turunun oyununda doğma meydanda “Kəpəz”i 4:1 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında “dənizçilər”in baş məşqçisi Mahmud Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Oyuna heç də pis başlamadıq. İlk dəqiqələrdə qol epizodumuz var idi. Əks-hücumda qol buraxdıq. Bu da komandaya təsir etdi. İkinci hissədə fərqli “Səbail” gördük. Üç əvəzetmədən sonra komanda toparlandı. Futbolçulardan razıyıq.

– Rauf Əliyev üstünüzə hücum edirdi. Nə baş vermişdi?

– Əslində Raufu başa düşmək olar. Komandası uduzur, qırmızı vərəqə alıb, o hələ bilmir iş nə yerdədir. İkincisi də yayda burda qalmağı çox istəyirdi. Mən qərar verdim ki, qalmasın. Çox güman ki, ona görə incik düşüb. Artıq-əskik danışmaq istəyirdi. Eybi yox.

– Polis naryadı çağırıldı…

– Yox heç nə olmadı. Sadəcə anlaşılmazlıq oldu. Polisin niyə naryad çağırdığını bilmirəm. Dava olmadı.

– Emil Balayevin oynamağının səbəbi nə idi?

– Emilin “Qarabağ”la oyundan sonra kiçik zədəsi var idi. Fikirləşirdik ki, tez keçər. Növbəti oyunlarda onu meydana buraxdıq. Bu gün qərara aldıq ki, zədənin tez keçməsi üçün ehtiyatda qalsın.

– İlk qələbənizi sizin üçün doğma olan “Kəpəz” üzərində qazandınız. Bu haqda nə deyə bilərsiz?

– Bilmirəm bu nə ilə əlaqədardır. Əlbəttə ki, “Kəpəz” mənə doğma kamandadır. Amma bu, futboldur. Uşaqlara da deyirəm ki, dost-tanış, qardaş, qarşı-qarşıya gələndə yaddan çıxmalıdır. Təssüf ki, bu gün “Kəpəz”lə oynayırdıq və belə oldu. Bütün futbolçularıma təşəkkür edirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43