Misli Premyer Liqasının IV turunun hazırda davam edən “Qəbələ” – “Sabah” matçında gərginlik yaşanıb.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubunun futbolçusu Mikel 64-cü dəqiqədə 2-ci qolu vurduqdan sonra ara qarışıb. Mikelin qol sevinci əyalət klubunun müdafiəçisi Ruan Renatonun xoşuna gəlməyib və tərəflər arasında mübahisə yaranıb.
Hazırda “Sabah” “Qəbələ”ni 2:0 məğlub edir.

