21 İyun 2026
Kateqoriyasız

Murad Musayev qələbəni şərh etdi

“Sabah”ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının IV turunda səfərdə “Qəbələ” üzərində qələbəni (2:0) şərh edib.

İdmanxeber.az xəbər verir ki, rusiyalı mütəxəssis bunları deyib:

“İki fərqli hissə oldu. İlk yarıda gərgin idik, müdafiədə səhvlərimiz oldu və cəmi 1 qol epiozdu yarada bildik. Fasilədən sonra əvvəlki turlardakı oyunu oynamağa başladıq. Qollar bizə kömək etdi. Rəqib boşluqlar verdi və istifadə etdik”.

Musayev bir transfer edə biləcəklərini söyləyib:

“Bir transfer istəyirik. Alınsa, reallaşdıracağıq. Zədəlilərimiz var. Amma 22 futbolçuya sahibik ki, meydana çıxa biləcəklər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43