02 İyul 2026
Ölkə futbolu

Qurban Qurbanov: “Fikir bildirmək üçün asan gün deyil”

“Danışmaq və fikir bildirmək üçün asan gün deyil. Şəhidlərimiz var. Sərhəddə döyüşlər gedir. Allah şəhidlərimizə rəhmət etsin. Allah onların ailələrinə səbr versin”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransanın “Nant” komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis rəqibi yaxından tanıdıqlarını söyləyib.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43