17 İyul 2026
Kateqoriyasız

“Mançester Siti”nin sabiq futbolçusu “Qarabağ”da?

“Qarabağ” Yunanıstanın AEK klubunun üzvü Paolo Fernandesi transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu ispaniyalının keçidi üçün qış fasiləsini gözləyir. 24 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı qarşı tərəfə danışıqlar aparılıb. “Köhlən atlar” 6 aylıq icarə əsasında “Vlos”da çıxış edən futbolçunun transferinin baş tutması üçün yanvar ayını gözləyir.

Paolo Fernandesin ilk peşəkar klubu “Mançester Siti” olsa da, yarımmüdafiəçi “şəhərlilər”in əsas komandasının heyətində meydana çıxmayıb. Paolo sağ və sol vinger kimi də oynamağı bacarır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43