21 İyun 2026
Kateqoriyasız

“Qarabağ”la oyundan sonra azarkeşləri təhqir edən futbolçu cəzalanıb

“Qarabağ”a 0:3 hesabı ilə uduzduqları oyunda azarkeşləri təhqir edən “Olimpiakos”un futbolçusu Pape Abu Sisse cəzalanıb.

İdmanxeber.az-ın məlumatına görə, seneqallı müdafiəçi baş məşqçi Miçel Qonsalesin qərarı ilə əsas komandadan kənarlaşdırılıb. 27 yaşlı oyunçu etdiyi hərəkətə görə üzrxahlıq etsə də, qərar dəyişməyib.

Qeyd edək ki, “Qarabağ” və “Olimpiakos” arasında növbəti oyun oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43