Bu gün Almaniyanın Frankfurt şəhərində 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimində Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, yığmamız F qrupunda Belçika, Avstriya, İsveç və Estoniya ilə birgə mübarizə aparacaq.

