UEFA Avropa Liqasının qrup mərhələsinin IV turundan sonra həftənin ən yaxşı qolu müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, “Trabzonspor”un yarımmüdafiəçisi Enis Bardinin evdə “Monako”ya vurduğu qol bu ada layiq görülüb.
Şimali makedoniyalı oyunçu 4:0 hesablı qələbə qazandıqları matçın 57-ci dəqiqəsində cərimə zərbəsini dəqiq yerinə yetirib.

