AFFA-nın İntizam Komitəsi tərəfindən oyunçunun formasında adının və ya soyadının yazılmaması üçün cərimələnən “Şamaxı”da eyni hal təkrarlanıb.
İdmanxeber.az-ın Şamaxıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hazırda komandanın “Qəbələ”yə qarşı keçirdiyi oyunda meydana daxil olan 23 nömrəli futbolçu Rövşən Şahmuradovun formasında oyunçunu yenə adı və ya soyadı yazılmayıb.
Xatırladaq ki, “Zirə” – “Şamaxı” görüşündə də Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmadığı üçün “Şamaxı” 3000 manat cərimələnib.
Qeyd edək ki, davam edən “Şamaxı” – “Qəbələ” matçında hesab açılmayıb.


