28 İyul 2026
Dünya futbolu

“Messinin komandasına qarşı həmişə yaxşı çıxış edirik” – Müller

“Bavariya” Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ-ni məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, Bundesliqa təmsilçisi hər iki görüşdə də Paris klubuna qarşı qələbə qazana bilib. Oyunun ardından komandanın hücumçusu Tomas Müller qarşılaşma barədə fikirlərini bildirib.

“Messili komandalara qarşı hər zaman yaxşı çıxış edirik. Ancaq Ronaldolu “Real” dönəmində problem yaşayırdıq. Təbii ki, Leoya da böyük hörmətimiz var. Messinin dünya çempionatındakı fərdi performansı inanılmaz idi. Komandanı daşıdı. PSJ kimi klubda oynamaq asan deyil. Belə komandada yaxşı balans yaratmaq çox çətindir. Fərdi ustalıq çoxlu matçlarda qalib gəlməyə kömək edir”

Messi “Bavariya”ya qarşı ardıcıl dörd oyundur ki, qol vurmur. Leo sonuncu dəfə 2015-ci ilin mayında Münhen təmsilçisinə qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43