PSJ UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırıb.
İdmanxeber.az-ın məlumatına görə, Paris klubu hər iki oyunda da “Bavariya”ya məğlub oldu. Komandanın ulduz futbolçusu Kilian Mbappe PSJ-nin ÇL ilə vidalaşmasını belə şərh edib:
“Təbii ki, məyusuq. Amma niyə belə olduğu barədə düşünməliyik. Hər hansı bir bəhanə gətirmək istəmirəm. “Bavariya” bu titulu qazanmaq üçün qurulmuş bir komandadır. Maksimum mübarizə apardıq.
İndi artıq çempionat barədə düşünməliyik. Soyuqqanlı olmaq lazımdır. Bu mövsüm mənim üçün vacib olan yeganə şey çempionluqdur. Bundan sonra duruma baxarıq”.

