“Müqavilə müddəti bitəndən sonra uzatmayacağam”
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “Radio Crc”ə açıqlamasında deyib. 67 yaşlı çalışdırıcı millimizin ardıcıl 5 qələbə qazanmasının gözlənilməz olduğunu bildirib:
“Azərbaycandan kənarda çıxış edən futbolçular var. Onları izləməyə çalışıram. Bəzi gənc oyunçular inkişaf etməlidir. Mahir Emreli kifayət qədər istedadlı futbolçudur. Qapıçı mövqeyində 20 yaşlı Yusif İmanova şans verəcəm. Başqa seçənəyim də yoxdur. O, bacarıqlı qapıçıdır, şans vermək lazımdır”.
Millimiz martın 24-də Avstriya yığması ilə qarşılaşacaq.

