28 İyul 2026
Milli komanda Ölkə futbolu

“Oyunçulara şans vermirik, sonra da nəticə gözləyirik”

“Premyer Liada oynayan qapıçıların bir çoxunun çıxışında eniş yaşanır. Hansılar ki, Şahruddin Məhəmmədəliyevin yoxluğunda onların şans alması gözlənilirdi”.

Bu sözləri idmanxeber.az saytına “Sabah” klubunun akademiyasında qapıçılar üzrə kordinatoor vəzifəsində çalışan Xəyaz Zeynalov milli komandanın AVRO-2024 seçmə mərhələsi çərçivəsində keçirləcək oyunlardakı qapıçı mövqeyi barədə danışarkən deyib.

O, yığmamızın baş məşqçisi Canni De Byazinin “Sabah”ın gənc qolkiperi Yusif İmanovu milliyə dəvət edəcəyini də münasibət bildirib:

“Yusif üçün böyük bir qapı açıldı. Məşqçinin ona şans verməsi çox yaxşıdı. Çalışıb bundan maksimum istifadə etmək lazımdır. Düzdür, gəncdir, tərcübəsi elə də çox deyil. Hazırda Yusifin hazır olub-olmaması barədə konkret nəsə demək olmur. Bu, adi Premyer Liqa, Konfrans Liqası oyunu deyil. Milli komandanın Avropa çempionatı üçün seçmə mərhələsidir.

Ona əsas heyətdə şans vermək riskli, məsuliyyətli qərardır. Amma nəzərə almalıyıq ki, bu uşaqlar da hardasa oynamalıdır, təcrübə yığmalıdır. Təzyiq görməlidirlər. Elə bizim problemimiz də odur. Oyunçulara şans vermirik, sonra da nəticə gözləyirik”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43